İsrail İrana hücum edəcəkmi? - TƏHLİL

İsrail İrana hücum edəcəkmi? - TƏHLİL
Yayınlanma tarixi: 17.04.2024 00:07:30

İslamazeri.com-un yeni təhlilini təqdim edirik:

İranın Suriyadakı konsulluğuna hücuma cavab olaraq İsrailə verdiyi cavabdan sonra bütün dünya siyasətçiləri və hərbiçilərini düşündürən bir sual və o sualdan sonra yaranan ikinci sual var;

İsrail İrana hücum edəcəkmi?

İsrail İrana hücum edərsə nə baş verəcək?

İsrail mediaları neçə gündür İsrail rəhbərliyinin İrana hücumla bağlı müzakirələr aparması ilə bağlı məlumatlar yayırlar. Bəzi saytlar İsrailin hücum edəcəyini, bəzi saytlar isə hücum qərarının razılaşdırılmadığını yazır.

İsrail tərəfi anlamışdır ki...

İsrail tərəfi dünya miqyasında İranın hücumundan sonra çox ciddi surətdə nüfuzunun aşağı düşdüyünü görmüş oldu. Baxmayaraq ki, bəzi medialar İranın hücumunu uğursuz adlandırır, bu media oyunları belə İsrailin nüfuz və etibarını nisbi olaraq uzağı bir həftə qoruya biləcəyini İsrail rəsmiləri anlamışdır.

Mediaya tətbiq edilən senzuranın aradan götürüldüyü zaman həqiqətlər üzə çıxdığında İsraillilərin ciddi etiraz və təzyiqi ilə istər hökümət, istər ordu pis duruma düşəcəyini İsrail tərəfi anlamışdır.

Hazırda belə israillilərin hücum tələbinə risk etməyən Netanyahu höküməti həqiqətlərin üzə çıxması və ya məlumatların tam yayınlanması ilə nələr olduğunu anlamışdır.

Bəs İsrail tərəfini hücuma keçməkdən saxlayan nədir? Axı özünü məğlubedilməz, güclü hesab edən bir ordu niyə özündən zəif kimi təqdim etdiyi İrana hücum etməyə risk etmir?

  1. İsrail hücum edərsə ikinci dəfə İrana cavab vermək üçün bəhanə və ya legitim hücum qərarı vermiş olacaq
  2. Dünyaya gücləri gizli olan və İranda əsas güc əlində olan “molla” dedikləri ruhaniyyətin, daha dəqiq desək İnqilab rəhbəri Ayətullah Xameneinin sözü qarşısında heç bir sözün İranda keçərli olmadığını bildiyi üçün bu hücumun davamındakı proseslərin oyun olmayacağını İsrail tərəfi, daha dəqiq desək ABŞ-dakı sionizm beyni anlamışdır, yəni başqa ölkələrlə “söz atışması”ndan daha çox təhlükəli bir vəziyyətlə qarşı qarşıya olduqlarını bilirlər. Ona görədir ki, ABŞ tərəfi İsraili hücumdan çəkindirməkdə qərarlıdırlar.
  3. İsrail tərəfi dron və raket hücumu ilə infrakstrukturun zədələndiyini gördülər və 1 milyard dollardan çox xərc çəkdilər. Olacaq hücum zamanı İranın ikinci cavabının ağır olacağını bir ehtimal belə vermiş olsalar, öz gələcəkləri haqda düşünmək belə istəmirlər.
  4. İsrail tərəfi İrana hücum edəcəyi təqdirdə İranın cavabının bu dəfə İrandan atılan dron və ya raketlərin bir neçə saat sonra gəlməyəcəyini, yəni bu dəfə İran raketləri, dron və yeni silahlarının Livan, Suriya və Yəməndən atəşlənəcəyini düşünməmiş deyillər.
  5. Yəni İran konsulluq hücumuna cavabı ilk olaraq İrandan verməsi demək deyildir ki, bu dəfə hücum yenə İrandan olacaq və İsraildəkilərin (həmçinin dünya media, siyasətçilər və hərbi ekspertlərin) düşünmələrinə, medianın xəbər verməsinə, hərbi ekspertlərin, analitiklərin analiz etmələrinə, əhalinin zirzəmilərə gizlənmələrinə vaxt olacaq.

 

Əgər İsrail İrana hücum edərsə nə baş verəcək? Yəni bu qərara gəldilər ki, biz gərək hücum edək və bu hücum bizim etibar və nüfuzumuzun qarantıdır.

...Və hücum baş verərsə nə ola bilər?

İsrail İranın hərbi obyektlərini, hətta əhalini hədəf ala bilər. Çünki insanları heçə sayan İsrail höküməti artıq bir neçə aydır ki, Qəzzada bu işi görməklə dünyanın gözü qarşısında özünü qəddar göstərməklə hamıya təhdid olduğunu başa salmağa çalışır. Lakin İran nə Qəzza, nə Livan, nə Suriya deyil.

İran böyük ərazisi olan, güclü orduya və silah arsenalına malik bir ölkədir. İran Livan, İraq, Suriya və Fələstindəki qruplara məhz “ortaq düşmənin bir gün məhv edilməsi” ideologiyası üçün illərdir təbliğat aparır, pul xərcləyir və  fəaliyyət göstərir.

Buna görə də, İrana edilmiş hücum Livan, İraq, Suriya, Yəmən və Fələstindəki qruplar üçün də “ölüm-dirim müharibəsi” olacaq. Odur ki, bu qədər cəbhə ilə döyüş zamanı İsrailin şanslı olmasına özləri belə inanmırlar. Əgər elə bir şey olsaydı çoxdan hücum edərdilər. Baxmayaraq ki, İsrailə ABŞ və bəzi körfəz ölkələri dəstək verəcək, onların bu dəstəyi xalqların ideoloji dəstəyi adlandırmaq olmaz. Livan, İraq və Fələstindəki İsrail düşmənləri bu düşmənçiliyi maddi marağa görə deyil, bir ideologiya çərçivəsində edirlər. Ona görə də İsrail böyük müharibəyə səbəb olarsa bu regionun çoxşaxəli və böyük bir müharibəsinə çevriləcək.

Ölüm-itim hər tərəfdən olsa da, uzun müddətli müharibə görmüş  İran üçün, ac qalmağa öyrənmiş yəmənlilər üçün, ailəsindən azı bir nəfəri şəhid olan fələstinlilər üçün, çox ciddi ideologiyaya və döyüş qabiliyyətinə sahib Livan Hizbullahı üçün bu uzun müddətli müharibə hər halda komforta alışmış israillilərdən daha asan olacaq.

Və İsrail dövrünün ən zəif və ağır dövrünü görmüş olacaq...

 

İslamazeri.com/R.B

 

 Sizə maraqlı gələ bilər - İranın hücumuna ANALİTİK BAXIŞ

GÜNÜN MANŞETLERİ