Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri İran səfirliyində olublar

Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri İran səfirliyində olublar
Yayınlanma tarixi: 23.05.2024 11:49:47

BGMİ-nin şeyxi, müftiləri və ruhaniləri İran səfirliyində olublar

İslamazeri.com xəbər verir ki, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri və ruhanilər başsağlığı üçün İranın ölkəmizdəki səfirliyində və konsulluğunda olublar

Bu gün Bütün Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri və bir qrup əməkdaşı İran İslam Respublikasının Tbilisidəki səfirliyində və Batumidəki konsulluğunda olublar. Onlar səfir və baş konsula prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər dövlət nümayəndələrinin vəfatı ilə əlaqədar başsağlığı verib, İran xalqının acısını bölüşdüklərini ifadə edərək, səfirlikdə açılmış matəm kitabına ürək sözlərini yazıblar.

 

GÜNÜN MANŞETLERİ