Putin: İranın cavabı təcavüzkarı cəzalandırmağın ən yaxşı yolu və İran liderlərinin müdriklik və rasionallığının təzahürü idi
İslamazeri.com İRNA-ya istinadən xəbər verir ki, Ayətullah Seyid İbrahim Rəisi bu gün günortadan sonra Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında, sionist rejimin İranın Suriyadakı konsulluğuna qarşı təcavüzkar hərəkətinə cavab məsələsində Rusiya hökumətinin İran İslam Respublikasının qanuni müdafiəsinə dair prinsipial və konstruktiv mövqeyini yüksək qiymətləndirib, sionist rejimin törətdiyi bu terror aktını beynəlxalq qanunların, o cümlədən Vyana Konvensiyasının açıq şəkildə pozulması və beynəlxalq sülhə ciddi təhlükə hesab edib.
Rəisi deyib: “Sionist rejimin İranın Suriyadakı konsulluğuna hücumunun pislənməsi ilə bağlı BMT və Təhlükəsizlik Şurası da daxil olmaqla beynəlxalq qurumların fəaliyyətsizliyi və səmərəsizliyi, habelə Amerika və bəzi qərb ölkələrinin təxribatçı rolu İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə əsaslanan özünümüdafiə hüququna uyğun olaraq bizə qarşı şər əməllər törətmiş mərkəzlərə qarşı əməliyyat hazırlayıb həyata keçirməsinə səbəb oldu.”
Ayətullah Rəisi “Doğru Vəd” əməliyyatının təcavüzkarı cəzalandırmaq məqsədi ilə uğurla həyata keçirildiyini bildirərək vurğulayıb: “Qətiyyətlə bəyan edirik ki, İranın maraqlarına qarşı istənilən hərəkətə əvvəlkindən daha sərt, geniş və ağrılı cavab verəcəyik.”
Rusiya Prezidenti Vladimir Putin də bu telefon danışığında sionist rejimin İran İslam Respublikasının konsulluğuna qarşı törətdiyi terror aktını pisləyib, bu hərəkəti bütün beynəlxalq standartlara və qaydalara zidd hesab edərək bildirib: “İran İslam Respublikası tərəfindən bu cinayət əməlinə cavab olaraq və Təhlükəsizlik Şurasının fəaliyyətsizliyi kölgəsində baş verənlər təcavüzkarı cəzalandırmağın ən yaxşı yolu və İran rəhbərlərinin müdriklik və rasionallığının təzahürü idi.”
Rusiya Prezidenti ABŞ və bəzi Qərb ölkələrinin regionda gərginlik yaratmaqda davranışlarını kəskin tənqid edərək deyib: “Biz inanırıq ki, İran İslam Respublikası regionda sabitlik və təhlükəsizliyin əsas təməllərindən biridir.”
Sizə maraqlı gələ bilər - İranın hücumuna ANALİTİK BAXIŞ