İtaliya səfiri İran XİN-ə çağırılıb

İtaliya səfiri İran XİN-ə çağırılıb
Yayınlanma tarixi: 12/30/2022 2:16:45 PM

İran İtaliya rəsmilərinin İranla bağlı açıqlamalarına cavab olaraq ölkənin Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırdığını açıqlayıb.

İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin internet saytında verilən bəyanatda İtaliyanın bəzi rəsmilərinin İranın daxili işləri ilə bağlı açıqlamalarına görə İtaliyanın Tehrandakı səfiri Cüzeppe Perronenin Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilib.
Məlumata görə, İran Xarici İşlər Nazirliyində keçirilən görüşdə İtaliya rəsmilərinin İranın daxili işlərinə müdaxilə xarakterli hərəkətləri bu ölkənin səfirinə çatdırılıb. İkitərəfli yanaşmaların qəbuledilməz olduğu bildirilib.
İrana qarşı tətbiq edilən sanksiyaların  qeyri-qanuni olduğu vurğulanan bəyanatda bu yolla İran xalqının hüquqlarının tapdalandığı və mənafelərinin ciddi şəkildə zədələndiyi bildirilib.
İtaliyanın Tehrandakı səfiri Cüzeppe Perronenin vəziyyəti ən qısa zamanda hökumətinə çatdıracağını bildirdiyi vurğulanıb.

 

GÜNÜN MANŞETLERİ

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?

3/16/2026 12:30:01 AM
Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ

3/16/2026 12:16:01 AM
İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu

3/16/2026 12:02:16 AM