İƏT İsrailin hücumları ilə bağlı BMT-yə müraciət edib

İƏT İsrailin hücumları ilə bağlı BMT-yə müraciət edib
Yayınlanma tarixi: 4/4/2023 10:58:25 AM

Bəyanatda BMT Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyətə İsrailin cinayətlərinə son qoyulması və Fələstin xalqının beynəlxalq müdafiəsi ilə bağlı üzərinə öhdəlik götürməsi ilə əlaqədar çağırış edilib.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Birləşmiş Millətlər Təşkilatına (BMT) İsrailin hücumlarını dayandırması və Fələstin xalqını müdafiə etməsi ilə əlaqədar çağırış edib.

İslamazeri.com xəbər verir ki, İƏT-dən verilən yazılı açıqlamada, İsrailin işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərinə davam edən və fələstinlilərin ölümü ilə nəticələnən hücumları şiddətlə pislənilib.

Bəyanatda BMT Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyətə İsrailin cinayətlərinə son qoyulması və Fələstin xalqının beynəlxalq müdafiəsi ilə bağlı üzərinə öhdəlik götürməsi ilə əlaqədar çağırış edilib.

Bəyanatda həmçinin İsrailin Fələstin xalqına qarşı törətdiyi hücumların nəticələrinə görə də məsuliyyət daşıdığı qeyd edilib.

Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyi aprelin 3-də İsrail əsgərlərinin Nablusda 2 fələstinlini öldürdüyünü açıqlayıb.

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM