İƏT Danimarkada Quranın təhqir olunmasını pisləyib

İƏT Danimarkada Quranın təhqir olunmasını pisləyib
Yayınlanma tarixi: 3/30/2023 4:51:41 PM

İslam Əməkdaşlıq Təşkilatı Danimarkada Quranın təhqir olunmasını pisləyib.

İslam Əməkdaşlıq Təşkilatının Katibliyi bu yaxınlarda Danimarkanın paytaxtı Kopenhagendə baş vermiş Qurani-Kərimin yandırılması ilə bağlı təxribat xarakterli aktı kəskin şəkildə pisləyib.

İslamazeri.com xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Katibliyi öz saytında bəyanat yayıb. O, ifrat sağçı şəxslər və qruplar tərəfindən söz azadlığı bəhanəsi ilə İslam və müsəlmanlara qarşı nifrət yaymaq istiqamətində həyata keçirilən bu təxribat xarakterli Qurani-Kərimi təhqir edən bu əməli qətiyyətlə pisləyib.

Bu təşkilat Danimarka səlahiyyətlilərindən bu nifrət cinayətlərinin səbəbkarlarına qarşı lazımi tədbirlər görməsini və bu cür təxribat xarakterli hərəkətlərin qarşısının alınmasını istəyib.

Ərəb Körfəzi Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd Əl-Bədivi də Danimarkada Qurani-Kərimin bir nüsxəsinin yandırılmasını qətiyyətlə pisləyib.

Bununla bağlı Səudiyyə Ərəbistanı Xəbər Agentliyi (WAS) Əl-Bədividən sitat gətirib: "Bu mənfur hərəkət bütün dünya müsəlmanlarının hisslərinə təsir edən və xüsusilə müqəddəs Ramazan ayında onları təhrik edən təxribatçı bir hərəkətdir".

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM