İsrailin Suriyanın ərazisinə qarşı təcavüzləri davam edir

İsrailin Suriyanın ərazisinə qarşı təcavüzləri davam edir
Yayınlanma tarixi: 1/8/2026 9:30:01 AM

Xəbər mənbələri bildiriblər ki, İsrail qüvvələri dünən Suriyanın cənubundakı bəzi ərazilərə təcavüz ediblər.

İslamazeri.com xəbər verir ki, İsrail qüvvələri dünən səhər saatlarında Quneytərə vilayətinin kənd ərazilərində yerləşən Rəzaniyə və Səyda əl-Hanut kəndlərinə daxil olublar.

Qeyd olunur ki, ötən gün də 12 hərbi nəqliyyat vasitəsindən ibarət İsrail qüvvələri Quneytərə vilayətinin kənd zonasındakı Səyda əl-Hanut kəndinə daxil olub.

Bu məlumatlara əsasən, İsrail qüvvələri həmin hücum zamanı Quneytərə kənd ərazilərində bir sıra yaşayış evlərini yoxlayıb, eyni zamanda yerli əhaliyə ərzaq yardımı təklif ediblər. Lakin kənd sakinləri bu yardımları qəbul etməyiblər.

Son həftə və aylarda İsrailin Suriyanın cənubunda, xüsusilə Quneytərə bölgəsində həyata keçirdiyi hərbi basqınlar demək olar ki, gündəlik hal alıb. Bu hərəkətlər əksər hallarda vətəndaşların saxlanılması və nəzarət-buraxılış məntəqələrinin yaradılması ilə müşayiət olunur ki, bu da yerli əhali arasında narazılığın və ictimai qəzəbin artmasına səbəb olub.

Bu arada, Suriyanın mövcud hökuməti dəfələrlə bəyan edib ki, Tel-Əvivə qarşı heç bir təhlükə yaratmır.

GÜNÜN MANŞETLERİ