İsrailə məxsus PUA qəzaya uğradı

İsrailə məxsus PUA qəzaya uğradı
Yayınlanma tarixi: 5/15/2023 4:26:53 PM

İordan çayının qərb sahilində İsrailə məxsus PUA qəzaya uğrayıb.

İsrail ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Tulkerm bölgəsində qəzaya uğrayıb.

İslamazeri.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Sionist İsrail ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) işğal altındakı İordan çayının qərb sahilinin şimalında qəzaya uğrayıb.

Məsələ ilə bağlı işğal rejimi qüvvələri öz Tvitter hesabından yazılı açıqlama verib.

Açıqlamada İordan çayının qərb sahilinin şimalındakı Tulkerm qaçqın düşərgəsində Sky Rider tipli PUA-nın qəzaya uğradığı bildirilib.

Açıqlamada, yıxılan PUA-nın ətrafa səpələnmiş hissələrinin toplandığı və məlumatın sızması ilə bağlı narahatlığın olmadığı, hadisə ilə bağlı araşdırma başlanıldığı bildirilib.

Sözügedən pilotsuz təyyarənin düşmə səbəbi ilə bağlı məlumat verilməyib.

İşğal qüvvələri tez-tez məlumat toplamaq və sahə hərəkətlərini izləmək üçün belə dronlardan istifadə edirlər.

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM