İsrail yenidən Suriyaya hava hücumu edib

İsrail yenidən Suriyaya hava hücumu edib
Yayınlanma tarixi: 31.03.2023 15:03:36

İsrail yenidən Suriyaya hava hücumu edib.

İslamazeri.com xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın hərbi mənbəyə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 00:17-də Dəməşq çölündə bir məntəqə sionist qüvvələrin hava hücumu ilə hədəfə alınıb.

Xəbərdə bildirilib:

“Hava hücumundan müdafiə sistemlərimiz düşmənin raketlərini qarşılayıb və bəzilərini vurub. Hücum nəticəsində ziyan dəyib".

Sionist rejim rəsmiləri hücumla bağlı hələlik açıqlama verməyiblər.

Qeyd edək ki, Sionist rejim ötən gün də Suriyaya hücum edib və bu hücumda 2 nəfər yaralanıb.

GÜNÜN MANŞETLERİ