İsrail Türkiyədən oğurladığı tarixi əlyazmanı geri qaytarıb

İsrail Türkiyədən oğurladığı tarixi əlyazmanı geri qaytarıb
Yayınlanma tarixi: 2/20/2023 4:10:14 PM

İsrail Türkiyədən oğurladığı tarixi əlyazmanı geri qaytarıb.

Zəlzələdə zədələnən Antakya Sinaqoqundan çıxarılan və ilk olaraq İsrail axtarış-xilasetmə qrupları tərəfindən İsrailə aparılan tarixi "Ester Kitabı" tumarı Türkiyəyə qaytarılıb.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələlər nəticəsində zərər görən Antakya sinaqoqunun dağıdılmasından xilas edilən və ilk olaraq İsrail rejiminin bölgədəki axtarış-xilasetmə qrupları tərəfindən işğal olunmuş torpaqlara aparılan Ester Kitabının tumarları İstanbuldakı Yəhudi Baş Hahamlığına təslim edilib.

Türk Yəhudi İcması rəsmi Tvitter hesabında bu barədə açıqlama verib:

"Müvafiq Ester tumar kitabı İsraildən alınıb və Baş Rabbinliyimizdə saxlanılır. Antakya sinaqoqumuzun təmirindən sonra öz yerinə qayıdacaq".

Qeyd edək ki, Ester kitabı Tövratla birlikdə yəhudi kitablarını təşkil edən Tanaxın bir hissəsi hesab olunur.

GÜNÜN MANŞETLERİ

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?

3/16/2026 12:30:01 AM
Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ

3/16/2026 12:16:01 AM
İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu

3/16/2026 12:02:16 AM