İsrail ordusu Qolani Briqadasını Cənub Komandanlığından Şimal Komandanlığına təhvil verdiyini açıqladı.
İslamazeri.com xəbər verir ki, “Times of Israel” qəzetinin məlumatına görə, İsrail ordusu “Hizbullah”la davam edən toqquşmalar səbəbindən Livanın şimalındakı qüvvələrini gücləndirir.
İşğal ordusunun açıqlamasında deyilir ki, “yeni qiymətləndirmədən sonra Quru Qoşunları Komandanı general-mayor Eyal Zamir Golani Briqadasının Cənub Komandanlığından Şimal Komandanlığına köçürülməsi əmrini verib”.
Bəyanatda həmçinin əlavə edilib ki, “əlavə qüvvələrin yerləşdirilib-yerləşdirilməyəcəyi vəziyyətin qiymətləndirilməsinə əsasən daha sonra müəyyən ediləcək”.