İsrail qüvvələrinin hücumu nəticəsində 31 fələstinli yaralanıb

İsrail qüvvələrinin hücumu nəticəsində 31 fələstinli yaralanıb
Yayınlanma tarixi: 4/11/2023 2:05:03 PM

İsrail qüvvələrinin hücumu nəticəsində 31 fələstinli yaralanıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin şimalında İsrailin ifrat sağçı nazirlərinin rəhbərlik etdiyi yəhudilərin təşkil edilən yürüşə etiraz edən fələstinlilərə müdaxilə edərək 31 nəfəri yaralayıb.

İsrail qüvvələrinin Beyta qəsəbəsində keçirilən yürüşə etiraz olaraq keçirilən nümayişə rezin güllə və gözyaşardıcı qazla müdaxilə etdiyi bildirilib.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə, tibbi qruplar Beyta qəsəbəsində 22-si rezin güllə ilə olmaqla yaralanan 31 nəfərə tibbi yardım göstərib.

Bundan başqa, hadisə yerində gözyaşardıcı qazdan zəhərlənən 185 nəfərə də ilkin tibbi yardım göstərilib.

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM