İsrail qüvvələri Nablusda daha 3 fələstinlini qətlə yetirib

İsrail qüvvələri Nablusda daha 3 fələstinlini qətlə yetirib
Yayınlanma tarixi: 5/4/2023 3:49:21 PM

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Nablusda bir evə basqın edərək 3 fələstinlini qətlə yetirib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumatü yayıb. “İsrail əsgərlərinin Nablusun Köhnə Şəhər ərazisində yerləşən bir evə hücumu nəticəsində 3 nəfər həyatını itirib. Onlardan ikisinin üzü parçalandığı üçün hələlik kimlikləri müəyyənləşdirilməyib”.

Fələstin Qızıl Aypara Cəmiyyətindən yayılan yazılı açıqlamada isə sözügedən basqın zamanı 4 fələstinlinin də yaralandığı və aralarında ibtidai sinif şagirdlərinin də olduğu 152 nəfərin isə gözyaşardıcı qazdan təsirləndiyi bildirilib.

İsrail ordusu, Nablus basqında həyatını itirən 2 nəfəri 7 apreldə işğal altındakı İordan çayının qərb sahilində 3 israillinin ölümü ilə nəticələnən silahlı hücumu törətməkdə ittiham edib.

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM