İsrail Livanda mülki yaşayış məntəqələrini dağıdır

İsrail Livanda mülki yaşayış məntəqələrini dağıdır
Yayınlanma tarixi: 4/28/2026 3:00:01 PM

İsrail Livanda mülki yaşayış məntəqələrinin dağıdır.

İslamazeri.com xəbər verir ki, Russia Today-in məlumatına görə, İsrailin Livana qarşı hava hücumları son saatlarda davam edib. Ölkənin cənubundakı Cəbəl əl-Bətm və Zebkin əraziləri hədəfə alınıb.

Russia Today həmçinin İsrail əsgərlərinin Bint Cbeil, Şama, Şihin, Hanin və Kantara şəhərlərində mülki evləri partlayıcı maddələrlə dağıtdığını bildirib.

Əl-Mayadeen müxbiri İsrailin Tir şəhərinin cənubundakı əl-Qalileh ərazisinə hava hücumu həyata keçirdiyini bildirib.

Livan qruplarının son saatlarda bir sıra əməliyyatlar həyata keçirərək qisas aldığı bildirilir.

Hizbullah bazar ertəsi günü İsrail qüvvələrinə qarşı üç hərbi əməliyyat keçirdiyini açıqlayıb. Bəyanatda deyilir ki, bu hərəkətlər İsrailin atəşkəs razılaşmasını dəfələrlə pozmasına cavab olaraq həyata keçirilib.

Hizbullah əvvəllər Livanın cənubundakı Nakura şəhərində iki İsrail hərbi toplaşma məntəqəsini və avadanlıq ərazisini kamikaze dronları ilə hədəf aldığını açıqlamışdı.

GÜNÜN MANŞETLERİ

İsrailə məxsus 20 zirehli texnikadan ibarət karvan Suriyaya daxil olub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailə məxsus 20 zirehli texnikadan ibarət karvan Suriyaya daxil olub

4/28/2026 4:50:02 PM
Bakıda güclü külək səbəbindən 34 ağac aşıb
ÖLKƏ / HADİSƏ

Bakıda güclü külək səbəbindən 34 ağac aşıb

4/28/2026 3:27:37 PM
İsrail Livanda mülki yaşayış məntəqələrini dağıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda mülki yaşayış məntəqələrini dağıdır

4/28/2026 3:00:01 PM