Hizbullah İsrail desantlarını belə hədəfə aldı - VİDEO

Hizbullah İsrail desantlarını belə hədəfə aldı - VİDEO
Yayınlanma tarixi: 4/27/2026 1:47:10 PM

Hizbullah bazar günü Cənubi Livanda İsrail ordusunun hərbi birləşmələri və texnikasına qarşı 5 ayrı əməliyyat həyata keçirdiyini açıqlayıb.

İslamazeri.com xəbər verir ki, İsrailin atəşkəs pozuntularına və mülki əhaliyə qarşı hücumlarına cavab olaraq "legitim müdafiə" çərçivəsində reallaşan əməliyyatlar nəticəsində təxliyyə qüvvələri birbaşa hədəf alınıb, İsrail tərəfi isə canlı qüvvə itkisi verdiyini təsdiqləyib.

Əməliyyatların ən kritik məqamı Tayyibə qəsəbəsində yaşanıb. Saat 09:40-da İsrail əsgərlərinin cəmləşdiyi ərazini PUA ilə hədəfə alan Hizbullah, bölgəyə yardım üçün göndərilən desantlardan ibarət təxliyyə qrupunu "ikinci zərbə" taktikası ilə vurub.

İsrail ordu radiosunun məlumatına görə, yaralıları çıxarmağa çalışan xilasetmə qrupunun üzərinə ardıcıl PUA zərbələri endirilib. Hücum zamanı bir İsrail əsgəri həlak olub, 6 əsgər isə yaralanıb. Hücumun şiddəti o qədər yüksək olub ki, bölgəyə cəlb olunan təxliyyə helikopteri də hədəfə alınmağa çalışılıb; partlayıcı yüklü PUA-lardan biri helikopterdən cəmi bir neçə metr aralıda düşüb.

Gün ərzində Tayyibədə hərbi fəallıq davam edib: saat 17:45-də İsrail ordusuna məxsus "Merkava" tankı iki kamikadze tipli PUA-nın zərbəsi ilə sıradan çıxarılıb.

Digər bölgələrdə əməliyyatlar

Hizbullahın hərbi media bölməsinin məlumatına görə, gün ərzində digər istiqamətlərdə də uğurlu əməliyyatlar keçirilib:

  • Kfer Kela: Saat 11:55-də Tel ən-Nahas bölgəsində İsrail əsgərləri və texnikasının olduğu toplanma sahəsi idarəolunan raketlə dəqiq vurulub.

  • Beyadə: Günün erkən saatlarında İsrailin yeni qurulmuş artilleriya mövqeyi PUA donanması tərəfindən hədəfə alınıb.

Hizbullah, bu əməliyyatların Livan xalqını qorumaq məqsədi daşıdığını vurğulayaraq, aprel və mart aylarında baş tutan əvvəlki hücumların (Mays əl-Cəbəl və Beyt Lif) videogörüntülərini də ictimaiyyətlə paylaşıb.

İsrailin rəsmi statistikası: İtki artır

İsrail Səhiyyə Nazirliyi şimal cəbhəsindəki son vəziyyətlə bağlı rəsmi rəqəmləri açıqlayıb. Nazirliyin məlumatına görə:

  • Yalnız bazar günü baş verən hücumlar nəticəsində 30 yeni yaralı qeydə alınıb.

  • Atəşkəsin başlanğıcından bəri şimal cəbhəsində yaralananların ümumi sayı 581 nəfərə çatıb.

  • Fevralın 28-dən bəri davam edən "Aslanın nəriltisi" əməliyyatı dövründə isə xəstəxanalara çatdırılan yaralıların ümumi sayı 8 min 482-yə yüksəlib.

Müşahidəçilər, Hizbullahın xilasetmə qüvvələrini hədəf almasını İsrail ordusunun operativ imkanlarını məhdudlaşdırmaq və təxliyyə proseslərini çətinləşdirmək məqsədi daşıyan yeni bir taktiki yanaşma kimi qiymətləndirirlər.

GÜNÜN MANŞETLERİ

Livanda pozuntular fonunda üç həftəlik atəşkəs qüvəyə minib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livanda pozuntular fonunda üç həftəlik atəşkəs qüvəyə minib

4/27/2026 3:28:54 PM
Hizbullah İsrail desantlarını belə hədəfə aldı - VİDEO
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullah İsrail desantlarını belə hədəfə aldı - VİDEO

4/27/2026 1:47:10 PM
Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Sabahın HAVA PROQNOZU

4/27/2026 1:00:01 PM