İsrail fələstinlilərin cümə namazı üçün Qüdsə girişini əngəlləyib

İsrail fələstinlilərin cümə namazı üçün Qüdsə girişini əngəlləyib
Yayınlanma tarixi: 31.03.2023 14:05:31

İsrail rejimi fələstinlilərin cümə namazı üçün Qüdsə girişini əngəlləyib.

Sionist rejim qüvvələri Ramazan ayının ikinci cümə namazını Məscidül-Əqsada qılmaq istəyən çoxlu sayda fələstinlinin işğal altındakı İordan çayının qərb sahilindən Qüdsə keçməsinin qarşısını alıb.

İslamazeri.com xəbər verir ki, İordan çayının qərb sahilindən Şərqi Qüdsə gedən keçid məntəqələrinə əlavə qüvvələr göndərən sionist rejim qüvvələri şəxsiyyətlərini yoxladıqları bəzi fələstinlilərin keçidinə icazə verməyiblər.

Şərqi Qüdsün cənubundakı “300” adlı keçid məntəqəsi ilə şimaldakı Qallendiya keçid məntəqəsindən keçmək istəyən fələstinlilər izdiham yaradıb.

Ötən həftə sionist rejim qüvvələri işğal altındakı İordan çayının qərb sahilindən Qüdsə doğru Məscidül-Əqsada Ramazan ayının ilk cümə namazını qılmaq istəyən çoxlu sayda fələstinlinin qarşısını alıb.

Sionist rejim martın 20-də verdiyi qərarla fələstinlilərə Ramazan ayında Məscidül-Əqsada cümə namazına qatılmaq üçün yaş məhdudiyyəti qoyub.

Bu çərçivədə işğal altındakı İordan çayının qərb sahilində yaşayan 12-45 yaş arası fələstinli kişilərin Ramazan ayında cümə namazı üçün Əqsaya girişi qadağan edilib, 45-55 yaş arası kişilər üçün isə xüsusi icazə tələb edilib.

GÜNÜN MANŞETLERİ