İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
Yayınlanma tarixi: 8/28/2023 5:40:05 PM

İranlı Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus İraqın cənubundakı Bəsrə vilayətində aşıb.

İslamazeri.com xəbər verir ki, İraqın Bəsrə vilayətinin Remile bölgəsində iranlı Erbain ziyarətçilərini daşıyan mikroavtobusun aşması nəticəsində 7 nəfər yaralanıb.

Hadisə ilə bağlı açıqlama verən Abadan Tədris və Araşdırma Xəstəxanasından verilən açıqlamada yaralıların İranın Xürrəmşəhr şəhərindəki Vəliəsr xəstəxanasına gətirildiyi açıqlanıb.

Qeyd edək ki, hər il səfər ayının 20-də milyonlarla yerli və xarici ziyarətçinin müşayiəti ilə Kərbəlada İmam Hüseyn (ə) və onun sadiq davamçılarının 40-cı ildönümü münasibətilə mərasim keçirilir.

Hər il ərbəin ərəfəsində İraq sərhədləri dünyanın müxtəlif ölkələrindən Kərbəlaya gələn zəvvarlarla dolur. İraqlı ziyarətçilər də ölkənin müxtəlif nöqtələrindən İmam Hüseynin (ə) hərəminə piyada gedirlər.

GÜNÜN MANŞETLERİ

İsrail Livanda quru əməliyyatına başlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda quru əməliyyatına başlayıb

5/27/2026 10:33:01 AM
İran: ABŞ müvəqqəti atəşkəsi pozdu
REGİON / İRAN

İran: ABŞ müvəqqəti atəşkəsi pozdu

5/27/2026 10:08:11 AM
Qurban bayramının ƏMƏLLƏRİ
DİN

Qurban bayramının ƏMƏLLƏRİ

5/27/2026 10:00:58 AM