İranın XİN başçısı Bəşər Əsədlə görüşüb

İranın XİN başçısı Bəşər Əsədlə görüşüb
Yayınlanma tarixi: 3/10/2023 11:01:34 AM

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Suriya prezidenti Bəşər Əsədlə Türkiyə ilə normallaşma prosesini müzakirə edib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Türkiyə ilə təmaslarını başa vurduqdan sonra Dəməşqə gedən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

Bu görüşdə ikitərəfli əlaqələrlə yanaşı, Suriya zəlzələsi və Dəməşq-Ankara normallaşma prosesi müzakirə edilib.

Görüş zamanı Əsəd İranın Türkiyə ilə normallaşma danışıqlarında iştirakını alqışlayıb və konkret və aydın gündəm, çıxışlar və danışıqlar əsasında yaxşı hazırlığın zəruriliyini vurğulayıb.

Suriya prezidenti İran və Suriya arasında əlaqələrin inkişafını vurğulayaraq, bu strateji əlaqələrin regionda sabitlik və təhlükəsizlik baxımından əhəmiyyətli olduğunu bildirib.

Əsəd dövlətin atacağı istənilən siyasi addımın əsasını Suriya xalqının maraqları olduğunu və bu addımların nəticələrinin Suriya xalqının maraqlarına çatması lazım olduğunu vurğulayıb.

Əmir Abdullahiyan da Suriya ilə ərəb ölkələri arasında yaxınlaşma prosesindən məmnunluğunu ifadə edib və bunun hər iki tərəfin və bütün regionun maraqlarına uyğun olduğunu qeyd edib.

Əmir Abdullahiyan həmçinin sionist rejimin Suriyaya qarşı davam edən hücumlarını kəskin şəkildə pisləyib.

GÜNÜN MANŞETLERİ

Netanyahu ABŞ-ı İranla müharibəyə təhrik edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Netanyahu ABŞ-ı İranla müharibəyə təhrik edir

5/11/2026 10:28:23 AM
CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
ÖLKƏ / MÜNASİBƏT

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib

5/10/2026 10:50:01 AM