İranın Neft Naziri: ABŞ ilə neft sahəsində əməkdaşlıq mümkündür

İranın Neft Naziri: ABŞ ilə neft sahəsində əməkdaşlıq mümkündür
Yayınlanma tarixi: 2/20/2026 2:10:37 PM

İranın Neft Naziri Muhsin Paknejad Tehran ilə Vaşinqton arasında davam edən nüvə danışıqlarına işarə edərək iki ölkənin neft və təbii qaz sahəsində əməkdaşlığının “mümkün” olduğunu bildirib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, nazir İran və ABŞ arasında nüvə danışıqları davam etdiyi bir vaxtda iki ölkə arasında neft və qaz sahəsində əməkdaşlıq ehtimalı ilə bağlı, “Hər şey mümkündür” ifadəsini işlədib.

O qeyd edib ki, Tehran ilə Vaşinqton arasında neft və qaz əməkdaşlığının bu mərhələdə reallaşıb-reallaşmayacağı hələlik dəqiq deyil.

Xarici İşlər Nazirliyinin İqtisadi Diplomatiya üzrə müavini Hamid Qanbari isə ötən bazar günü İran Ticarət Palatasında keçirilən iclasda bildirib ki, neft və qaz sahəsində ortaq maraqlar, birgə yataqlar, mədən investisiyaları və hətta təyyarə alışı ABŞ ilə aparılan danışıqların mətninə daxil edilib.

GÜNÜN MANŞETLERİ

Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

6/18/2026 1:17:01 PM
İran Rusiyadan 21 ədəd helikopter alacaq
REGİON / İRAN

İran Rusiyadan 21 ədəd helikopter alacaq

6/18/2026 1:00:01 PM
Sabah ölkə üzrə pensiyalar ödəniləcək
ÖLKƏ / MÜXTƏLİF

Sabah ölkə üzrə pensiyalar ödəniləcək

6/18/2026 12:11:58 PM
Tramp: Hizbullahla İsrail yox, Suriya döyüşməlidir
DÜNYA / SİYASƏT

Tramp: Hizbullahla İsrail yox, Suriya döyüşməlidir

6/18/2026 11:49:29 AM