İrandan AÇIQ MESAJ: 10 şərt qəbul edilmədikcə atəşkəs imzalanmayacaq!

İrandan AÇIQ MESAJ: 10 şərt qəbul edilmədikcə atəşkəs imzalanmayacaq!
Yayınlanma tarixi: 4/8/2026 2:05:16 PM

"10 şərt qəbul edilmədikcə atəşkəs imzalanmayacaq!."

İslamazeri.com xəbər verir ki, İran Parlamentinin sədr müavini Əli Nikzad dövlət televiziyasında yayımlanan bir proqramda danışıqlarla bağlı açıqlamalar verib.

İran Parlamentinin sədr müavini Məhəmməd Baqir Qalibafın müavini Əli Nikzad, ABŞ-ın 15 maddəlik təklifinə cavab olaraq İranın 10 maddəlik təklifinin “danışıqların əsası” olacağını bildirib.

Nikzad deyib: “Əgər 10 şərt qəbul edilməzsə, Ali Rəhbər (Ayətullah Müctəba Xamenei) imzalamağa icazə verməyəcək. Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi bu 10 şərt üçün Ali Rəhbərdən icazə alıb”.

Nikzad İranın nüvə silahı istehsal etməmək öhdəliyini qəbul etdiyini bildirib və əlavə edib: “Qeyd olunan şərtlərə bütün təcavüzün tamamilə dayandırılması, ABŞ qüvvələrinin regiondan çıxarılması, İranla Hörmüz boğazından tranzit, ilkin və ikinci dərəcəli sanksiyaların ləğvi və İranın itkilərinə görə kompensasiya daxildir”.

İran Parlamentinin sədr müavini Hörmüz boğazından tranzitlə bağlı da şərh verib.

Nikkad boğazdan tranzitin müharibədən əvvəlki vəziyyətə qayıtmayacağını və gəmilərlə daşınan neft üçün "barel başına ödəniş" planlaşdırıldığını bildirib.

Nikzad Parlamentin müharibədən sonrakı şərtləri nəzərə aldığını bildirərək deyib: "Parlament sədrinin rəyi ilə büdcədə islahatlar aparılacaq və Allahın lütfü ilə ölkəni əvvəlkindən daha yaxşı hala gətirəcəyik".

GÜNÜN MANŞETLERİ