İrandan ABŞ-ın təhdidlərinə cavab: Hücum edilərsə, cavab veriləcək!

İrandan ABŞ-ın təhdidlərinə cavab: Hücum edilərsə, cavab veriləcək!
Yayınlanma tarixi: 2/20/2026 12:26:07 PM

İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani BMT Baş katibinə və BMT Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda ABŞ rəsmilərinin İrana qarşı güc tətbiq etməklə bağlı təhdidlərinin davam etdiyini və bunun regionu yeni bir böhrana və qeyri-sabitliyə sürükləyə biləcəyini vurğulayıb.

İslamazeri.com xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani BMT Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda Dieqo Qarsiya bazasından İrana mümkün hücum üçün istifadənin BMT Nizamnaməsinin və beynəlxalq hüququn açıq şəkildə pozulması olacağını bildirib və Təhlükəsizlik Şurasından təcili tədbirlər görülməsini istəyib.

İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani BMT Baş katibinə və BMT Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda ABŞ rəsmilərinin İrana qarşı güc tətbiq etməklə bağlı təhdidlərinin davam etdiyini və bunun regionu yeni bir böhrana və qeyri-sabitliyə sürükləyə biləcəyini vurğulayıb.

Məktubda qeyd olunub ki, ABŞ prezidenti 18 fevral 2026-cı il tarixli açıqlamasında Dieqo Qarsiya da daxil olmaqla bəzi hərbi bazaların İrana mümkün hərbi hücum üçün istifadə edilə biləcəyini göstərib.

İrəvani bu açıqlamaların sadəcə ritorika kimi qəbul edilməməli olduğunu və bu təhdidlərin regional və beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi risk yaratdığını bildirib.

O, əlavə edib ki, İran nüvə danışıqlarında vicdanla iştirak edir və beynəlxalq hüquqa əsaslanan davamlı və balanslı bir həll yolu axtarır.

İran həmçinin müharibə istəmədiyini, lakin hərbi hücum halında BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edərək qətiyyətli və mütənasib şəkildə cavab verəcəyini bildirib.

GÜNÜN MANŞETLERİ

Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

6/18/2026 1:17:01 PM
İran Rusiyadan 21 ədəd helikopter alacaq
REGİON / İRAN

İran Rusiyadan 21 ədəd helikopter alacaq

6/18/2026 1:00:01 PM
Sabah ölkə üzrə pensiyalar ödəniləcək
ÖLKƏ / MÜXTƏLİF

Sabah ölkə üzrə pensiyalar ödəniləcək

6/18/2026 12:11:58 PM
Tramp: Hizbullahla İsrail yox, Suriya döyüşməlidir
DÜNYA / SİYASƏT

Tramp: Hizbullahla İsrail yox, Suriya döyüşməlidir

6/18/2026 11:49:29 AM