İran ABŞ-a sərt xəbərdarlıq: Hücuma cavab veriləcək
İslamazeri.com xəbər verir ki, İranın Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfiqari ABŞ-ın Oman körfəzində İranın ticarət gəmisinə hücum etdiyini və İranın cavab verəcəyini açıqladığını bildirib.
Zülfiqari ABŞ ordusunun atəşkəsi pozduğunu və "dəniz piratlığı" adlandırdığı şəkildə gəmiyə atəş açdığını, naviqasiya sistemlərini sıradan çıxardığını və silahlı personalla gəmiyə mindirildiyini vurğulayıb.
Bəyanatda İran Silahlı Qüvvələrinin tezliklə cavab verəcəyi və hadisələrin diqqətlə izlənildiyi bildirilib.