İranda iğtişaşların üç əsas təşkilatçısı tutuldu - VİDEO

İranda iğtişaşların üç əsas təşkilatçısı tutuldu - VİDEO
Yayınlanma tarixi: 1/28/2026 12:25:01 PM

İran İslam Respublikasında ictimai asayişin təmin edilməsi istiqamətində aparılan qətiyyətli tədbirlər çərçivəsində Kərəc şəhərində baş verən iğtişaşların üç əsas təşkilatçısı saxlanılıb.

İslamazeri.com-un məlumatına görə, təhlükəsizlik qurumlarının apardığı dəqiq kəşfiyyat monitorinqi nəticəsində Mahdaşd bölgəsində 2026-cı ilin yanvarındabaş vermiş iğtişaşlarda fəal iştirak etmiş üç nəfər Əlborz əyalətinin xüsusi təyinatlı polis bölməsi tərəfindən keçirilən məqsədyönlü əməliyyat zamanı müəyyən edilərək həbs olunub və məhkəmə orqanlarına təhvil verilib.

Saxlanılan şəxslərin gizləndiyi ünvanlara baxış zamanı narkotik maddələr, müxtəlif növ spirtli içkilər, soyuq silahlar, eləcə də oğurluq yolu ilə əldə edildiyi ehtimal olunan əşyalar aşkar edilərək müsadirə olunub.

Rəsmi mənbələr bildiriblər ki, bu əməliyyat ictimai təhlükəsizliyi pozmağa çalışan ünsürlərlə qanun çərçivəsində qəti mübarizənin davamı kimi həyata keçirilib. Əməliyyat zamanı əldə olunan videogörüntülər və maddi sübutlar saxlanılan şəxslərin cinayət xarakterli fəaliyyətlərini açıq şəkildə ortaya qoyur.

Təhlükəsizlik və hüquq-mühafizə orqanları ölkədə sabitliyi pozmaq cəhdlərinin qətiyyətlə qarşısının alınacağını vurğulayıblar.

GÜNÜN MANŞETLERİ

Netanyahunun yeni Qəzza planı: Türkiyə əsgərləri olmayacaq!
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Netanyahunun yeni Qəzza planı: Türkiyə əsgərləri olmayacaq!

1/28/2026 6:07:14 PM
Amerikalı konqresmenlər Gürcüstana gəlir
REGİON / GÜRCÜSTAN

Amerikalı konqresmenlər Gürcüstana gəlir

1/28/2026 5:33:21 PM
Ermənistan: Türkiyə ilə sərhədlər açılmalıdır
REGİON / ERMƏNİSTAN

Ermənistan: Türkiyə ilə sərhədlər açılmalıdır

1/28/2026 5:24:52 PM
Kumeyl duası
DİN

Kumeyl duası

1/28/2026 12:23:01 PM