Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:30.07.2022 14:50:37

İranda 2 gündür davam edən sel fəlakəti nəticəsində 53 nəfərin həyatını itirdiyi, 16 nəfərin isə itkin düşdüyü bildirilib.

İslamazeri.com xəbər verir ki, iki gündür davam edən və İranın 31 vilayətindən 18-də 400 şəhər və kəndi təsir altına alan daşqın nəticəsində 53 nəfərin həyatını itirdiyi, 16 nəfərin isə hələ də itkin düşdüyü açıqlanıb.

İtkin düşənlərin axtarışlarının davam etdiyi bildirilib.

Tehran qubernatoru Möhsin Mənsuri dövlət televiziyasına bildirib ki, ən çox zərər çəkən bölgə paytaxt Tehranın şimal-şərqində, Əlborz dağlarının ətəyində ən azı 10 nəfərin öldüyü Firuzkuh bölgəsidir.

Qeyd edək ki, Cümə axşamı İmamzadə Davud kəndində baş verən sürüşmə nəticəsində azı 8 nəfərin öldüyü, bir türbənin dağıldığı açıqlanıb.


İranda 2 gündür davam edən sel fəlakəti nəticəsində ölənlərin sayı 53-ə çatıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sənan Əhmədova şəhid ailəsi statusu verilməməsi ilə bağlı məsələ Milli Məclisdə qaldırılıb
    "Necə yəni bir qardaşı olana şəhid ailəsi statusu verilmir? Ailəli birinə necə bir otaq verilə bilər?", - deputat Aqil Abbas bildirib.
     30.09.2022
    Bir qrup prokurorluq əməkdaşına ali xüsusi rütbələr verilib - SƏRƏNCAM
    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
     30.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ