İran XİN Qərbə xəbərdarlıq edib

İran XİN Qərbə xəbərdarlıq edib
Yayınlanma tarixi: 12/9/2022 12:49:13 PM

İran Xarici İşlər Nazirliyi Qərb rəsmilərinin müdaxiləçi paylaşımlarına reaksiya verib.

İslamazeri.com xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bəzi Avropa ölkələri və rəsmilərinin müdaxilə xarakterli tvitlərinə cavab olaraq bu ölkələrdən terrorçulara ev sahibliyi etmək, dəstəkləmək və təbliğ etməkdən əl çəkmələrini istəyib.

İran Xarici İşlər Nazirliyinin Twitter hesabında paylaşılan mesajda aşağıdakı ifadələr yer alıb:

"İran iğtişaşlara qarşı təmkin nümayiş etdirdi. Hətta dinc etirazçıları böhtan və zorakılıqla yatıran bir çox Qərb rejimlərindən fərqli olaraq, İran iğtişaşların qarşısını almaq üçün mütənasib və standart üsullardan istifadə etdi. İranın təhlükəsizliyi bizim qırmızı xəttimizdir. Qərb fırıldaqlarını nümayiş etdirmək əvəzinə terrorçulara ev sahibliyi etməyi, dəstəkləməyi və təşviq etməyi dayandırmalıdır".

GÜNÜN MANŞETLERİ

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?

3/16/2026 12:30:01 AM
Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ

3/16/2026 12:16:01 AM
İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu

3/16/2026 12:02:16 AM