İran XİN Azərbaycan səfirliyinə silahlı hücumu kəskin pisləyib

İran XİN Azərbaycan səfirliyinə silahlı hücumu kəskin pisləyib
Yayınlanma tarixi: 27.01.2023 13:39:30

Bu barədə İran Səfirliyinin rəsmi saytında məlumat dərc edilib.

“İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Azərbaycan Respublikasının Tehrandakı səfirliyində təəssüf ki, bir nəfərin ölümü ilə nəticələnən silahlı hadisəni kəskin şəkildə pisləyib.”

İslamazeri.com xəbər verir ki, bu barədə İran Səfirliyinin rəsmi saytında məlumat dərc edilib.

Məlumatda deyilir:

Kənani səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verərək deyib: "Dərhal hadisəyə polis və təhlükəsizlik qüvvələri müdaxilə edərək, hücumçunu həbs edib və hal- hazırda dindirilir."

Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra əlavə edib: "Ölkənin siyasi və təhlükəsizlik orqanlarının xüsusi göstərişi ilə hadisənin ölçülərini və hücumun motivini müəyyən etmək üçün məsələ ciddi şəkildə araşdırılır."

Kənani əlavə edib ki, "müvafiq orqan və qurumlar tərəfindən aparılan ilkin araşdırmaların nəticələri bu hərəkətin arxasında şəxsi motivlərin dayandığını göstərir."

Kanani bununla bağlı daha ətraflı məlumatın istintaq prosesi başa çatdıqdan sonra dərc ediləcəyini bildirib.

GÜNÜN MANŞETLERİ

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var
DÜNYA / İSLAM DÜNYASI

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var

27.03.2023 17:41:35
Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub
ÖLKƏ / SƏHİYYƏ

Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub

27.03.2023 17:22:33
DSX-nin zabiti vəfat edib
ÖLKƏ / HƏRBİ

DSX-nin zabiti vəfat edib

27.03.2023 16:41:18