İran Şirazdakı terrorda Azərbaycan vətəndaşının əli olduğunu iddia edir

İran Şirazdakı terrorda Azərbaycan vətəndaşının əli olduğunu iddia edir
Yayınlanma tarixi: 11/7/2022 5:50:04 PM

Şiraz şəhərindəki məsciddə törədilən terror aktının koordinatoru Azərbaycan vətəndaşı olub.

İslamazeri.com Turan-a istinadən xəbər verir ki, bu barədə noyabrın 7-də İranın İnformasiya və Kəşfiyyat Nazirliyi məlumat yayıb.

“Hazırda 26 nəfər həbs olunub, onların hamısı qeyri-İran vətəndaşıdır. Hücumun əsas koordinatoru Azərbaycan Respublikası vətəndaşı olub. Həbs olunanların hamısı Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşlarıdır”, - deyə məlumatda bildirilir.

“Ölkə daxilində əməliyyatların idarə edilməsində və əlaqələndirilməsində əsas koordinator Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportundan İmam Xomeyni hava limanına gələn Azərbaycan Respublikasının vətəndaşı olub.

Bu şəxs Tehrana gəldikdən sonra Azərbaycan Respublikasındakı əlaqələndirici orqana çatması barədə məlumat verib. O, Əfqanıstandakı əməliyyat qərargahı vasitəsilə dərhal İŞİD-in xarici vətəndaşlar şəbəkəsi ilə əlaqə saxlayıb və Tehranda olduğunu bəyan edib.

Məsciddə insanlara atəş açan terrorçunun “Əbu Aişə” ləqəbli Tacikistan vətəndaşı olduğu bildirilir”, - məlumatda deyilir.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan DTX zərərsizləşdirdiyi silahlı qruplaşma ilə bağlı açıqlamada İranın adını hallandırmışdı.

GÜNÜN MANŞETLERİ

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?

3/16/2026 12:30:01 AM
Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ

3/16/2026 12:16:01 AM
İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu

3/16/2026 12:02:16 AM