İran rəsmisindən ABŞ qoşunlarına mesaj.
İslamazeri.com xəbər verir ki, İslam İnqilabı liderinin Müdafiə Şurasının nümayəndəsi Əhmədiyan bildirib ki, onlar illərdir ABŞ-ın müəyyən ərazilərə girməsini gözləyirlər və bu anda asimmetrik müharibə strategiyası ilə hazırlıq görürlər.
Əli Əkbər Əhmədiyan X platformasındakı paylaşımda bunları yazıb:
“İllərdir amerikalıların təyin olunmuş nöqtələrə girməsini gözləyirik və 20 ildən çoxdur ki, bu an üçün asimmetrik müharibə strategiyası ilə məşq edirik.”
Əhmədiyan həmçinin əlavə edib: “İndi Amerika əsgərləri üçün yalnız bir mesajımız var: Daha da yaxınlaşın.”