İran raketlərinin Amerika və İsrail hədəflərinə vurma dəqiqliyi ikiqat artıb.
İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Seyid Məcid Musəvi son hücumlarda İran raketlərinin dəqiqlik nisbətinin əhəmiyyətli dərəcədə artdığını açıqladı.
Musəvi yazılı açıqlamasında bildirib ki, son 48 saat ərzində İran raketlərinin Amerika və İsrail hədəflərinə vurma dəqiqliyi ikiqat artıb.
İranlı komandan əlavə edib: "İranın nəhəng raketləri üçün səma qapıları açılıb və təcavüzkarların cəzalandırılması davam edir".