İran raketləri Təl-Əvivi vurdu.
İslamazeri.com xəbər verir ki, İsrail mediası Aşdod yaşayış məntəqəsində siren səsləri eşidilən vaxtda İrandan Böyük Təl-Əviv ərazisinə çoxlu sayda raket atıldığını bildirib.
Məlumatlarda bildirilib ki, Təl-Əvivdə İranın parçalanma raketindən çıxan qəlpələr səbəbindən güclü partlayışlar eşidilib.
Bu arada, bir raketin Rişon LeTsiyon yaşayış məntəqəsinə, digərinin isə mərkəzi bölgəyə düşdüyü və çoxsaylı partlayışlara səbəb olduğu bildirilib.
Hücumların miqyası ilə bağlı məlumatlarda bir raketin Ben Qurion Hava Limanı yaxınlığında düşdüyü və parçalanma mərmilərinin hava limanına yaxın ərazilər də daxil olmaqla 10 ayrı yerə düşdüyü göstərilir.
Bundan əlavə, Şoham ərazisindəki bir binanın raketlərə məruz qaldığı bildirilib. İsrail mediası mərkəzi İsraildə yaşayan israillilər arasında xəsarət alanlar və bölgədə ciddi maddi ziyan olduğunu bildirib.
İsrail Səhiyyə Nazirliyi rəsmi olaraq İranın bombardmanı nəticəsində son 24 saat ərzində 142 israillinin xəstəxanalara aparıldığını etiraf edib.