İran Prezidenti xalqa müraciət etdi

İran Prezidenti xalqa müraciət etdi
Yayınlanma tarixi: 1/11/2026 8:53:20 PM

"Bizim vəzifəmiz problemləri həll etmək və xalqın narahatlıqlarını aradan qaldırmaqdır; biz təxribatçıların ölkəni dağıtmasına imkan verməməliyik".

İslamazeri.com xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian xalqa müraciət edib.

İran Prezidenti televiziya çıxışında ölkədə yaranmış narazılıqlara toxunaraq bildirib ki, xalqın etirazları haqlıdır və hökumətin əsas vəzifəsi insanların problemlərini həll etmək, onların narahatlıqlarını aradan qaldırmaqdır.

O, vurğulayıb ki, dövlət vətəndaşların səsini heç vaxt görməməzlikdən gəlməyəcək və etiraz edənlərin fikirlərini dinləməyi özünə borc bilir. Onun sözlərinə görə, xüsusilə dolanışıq və iqtisadi çətinliklərlə bağlı məsələlər hökumətin əsas prioritetləri sırasındadır.

Pezeşkian qeyd edib ki, mövcud problemlərin həlli üçün iqtisadi islahatlar həyata keçirilir və bu islahatların məqsədi ədalətli bölgünü təmin etmək, bazarı sabitləşdirmək və insanların alıcılıq qabiliyyətini artırmaqdır.

Prezident əlavə edib ki, bəzi qruplar ədalətsiz şəkildə böyük mənfəətlər əldə edirdi və bu yanaşma dəyişdirilib.

Pezeşkian bəzi qüvvələrin xalqın haqlı narazılıqlarından sui-istifadə edərək ölkədə iğtişaş və qarşıdurma yaratmaq istədiyini bildirib. O, bu cür hərəkətlərin mövcud problemləri daha da dərinləşdirdiyini vurğulayıb.

Prezident vətəndaşları emosional reaksiyalardan çəkinməyə, ölkədə sabitliyin qorunması naminə dinc həmrəylik və hökumətlə əməkdaşlıq nümayiş etdirməyə çağırıb. Onun sözlərinə görə, çətinliklərin aradan qaldırılması yalnız qarşılıqlı anlayış və birlik yolu ilə mümkündür.

GÜNÜN MANŞETLERİ

İranda Milli Həmrəylik yürüşü keçiriləcək
REGİON / İRAN

İranda Milli Həmrəylik yürüşü keçiriləcək

1/11/2026 10:00:01 PM
İran Prezidenti xalqa müraciət etdi
REGİON / İRAN

İran Prezidenti xalqa müraciət etdi

1/11/2026 8:53:20 PM