İran ordusu: Daha inkişaf etmiş silahlardan istifadə edəcəyik

İran ordusu: Daha inkişaf etmiş silahlardan istifadə edəcəyik
Yayınlanma tarixi: 3/18/2026 5:48:52 PM

İran ordusu: Daha inkişaf etmiş silahlardan istifadə edəcəyik.

İslamazeri.com xəbər verir ki, İran Ordusunun sözçüsü briqada generalı Məhəmməd Əkrəminiya bildirib ki, İslam Respublikası özünün çəkindirmə qabiliyyətini xarici təhdidlərə qarşı milli təhlükəsizliyini təmin edəcək səviyyələrə çatdırmağa nail olub.

Bu gün İran televiziyasında çıxış edən Əkrəminiya bildirib ki, mövcud münaqişə "bir sıra təcrübələr"dən ibarətdir və bunun qaçılmaz olaraq İranın gücünü artıracaq və hərbi çəkindirmə səviyyəsini yüksəldəcək.

İran rəsmisi bu müharibənin nəticələrinin yeni bir geosiyasi reallıq yaradacağını vurğulayaraq əlavə edib: "Region ölkələri amerikalılara və İsrail qurumuna genişmiqyaslı regional müharibələri qızışdırmaq və ya bölgəni xaosa salmaq siyasətini davam etdirməyə qətiyyən icazə verməyəcəklər".

Əkrəminiya həmçinin ordunun müharibənin qarşıdakı günlərində daha inkişaf etmiş silahlardan istifadə edəcəyini bildirib.

Qeyd edək ki, bu açıqlamalar ABŞ-İsrail təcavüzünün davam etdiyi bir vaxta təsadüf edir. Buna cavab olaraq Tehran bölgədəki ABŞ bazalarını və işğal olunmuş ərazilərini hədəf alır.

İran Birləşmiş Millətlər Təşkilatından və onun Baş katibi Antonio Quterreşdən ABŞ-İsrail təcavüzünü birmənalı və qətiyyətlə pisləməsini və məsuliyyət daşıyanların Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 7-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilməsini tələb edir.

GÜNÜN MANŞETLERİ

İsrail mediası: Minlərlə israilli təxliyə edilib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail mediası: Minlərlə israilli təxliyə edilib

3/18/2026 2:30:09 PM