İran Müdafiə Nazirliyi: ABŞ və İsraili cəzalandırmağa davam edəcəyik

İran Müdafiə Nazirliyi: ABŞ və İsraili cəzalandırmağa davam edəcəyik
Yayınlanma tarixi: 4/2/2026 5:20:01 PM

İran Müdafiə Nazirliyi: ABŞ və İsraili cəzalandırmağa davam edəcəyik.

İslamazeri.com xəbər verir ki, İran Müdafiə Nazirliyi İslam Respublikasının düşməni, ABŞ-ı və sionist rejimi ölkəyə qarşı təcavüzkar müharibəsinə görə cəzalandırmağa davam edəcəyini açıqlayıb. Nazirlik düşmənin artıq yeddi cəbhədə məğlub olduğunu bildirib.

Bu açıqlamaları Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Rza Talai cümə axşamı günü edib. Talai əlavə edib ki, İran əsgərləri, xalqı və müqavimət qrupları qalan beş cəbhədə işğalçı düşməni məğlub etmək üçün əks-əməliyyatlarını davam etdirirlər.

Briqada generalı Talai bildirib ki, "Düşmən İranda İslam nizamını dağıtmaq və devirmək, Silahlı Qüvvələri zəiflətmək, milli suverenlik daxilində parçalanma yaratmaq, üsyan və iğtişaşları qızışdırmaq, strateji Hörmüz boğazını açmaq və həmçinin xalqı müqavimət və müdafiə sahəsindən uzaqlaşdırmaq cəhdlərində ağır məğlubiyyətlərə uğrayıb".

Cəza prosesinin şərtlərini sadalayan Talai, bu prosesin təzminatların ödənilməsi və ya ekvivalent aktivlərin məhv edilməsi, qalan Amerika əsgərlərinin və hərbi qulluqçularının bölgədən çıxarılması, bölgədəki ABŞ bazalarının ləğvi və İrana və bölgəyə qarşı bir daha müharibə aparılmayacağına tam zəmanətlə tamamlanacağını bildirib.

İran Müdafiə Nazirliyinin sözçüsü əsgərlərin, xalqın və müqavimət cəbhəsinin birgə mübarizəsinin düşmən tamamilə təslim olana qədər davam edəcəyinə söz verib.

Briqada generalı Talai sonda deyib: "Hər bir komandirin, vəzifəli şəxsin və fərdin öldürülməsi İran millətinin düşmənə qarşı gücünü və döyüş müqavimətini yalnız artırıb".

GÜNÜN MANŞETLERİ