İran Hörmüz boğazında sülh və təhlükəsizliyi qorumaq hüququndan istifadə edəcək
İranın BMT-dəki Daimi Nümayəndəsi İranın Hörmüz boğazında sülh və təhlükəsizliyi qorumaq hüququnu vurğulayıb.
İslamazeri.com xəbər verir ki, Nyu-Yorkda verdiyi açıqlamada İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani "ABŞ Hərbi Dəniz Qüvvələri, ehtimal ki, ittifaq şəklində Hörmüz boğazında gəmiləri qoruya bilərmi?" sualına belə cavab verdi: "Xeyr, buna cavabım yoxdur. İran Hörmüz boğazında sülh və təhlükəsizliyi qorumaq hüququndan istifadə edəcək; bu, bizim məsuliyyətimizdir."
İraq Kürdüstan Regional Hökuməti ilə diplomatik münasibətlər barədə başqa bir suala cavab olaraq İrəvani dedi: "Biz KRH ilə ciddi danışıqlar aparmışıq. Onlar bizə öz ərazilərindən İrana qanunsuz heç bir şeyin keçməsinə icazə verməyəcəkləri barədə öhdəlik veriblər."