İran hava məkanını açdı.
İslamazeri.com xəbər verir ki, İran hava məkanının şərq hissəsinin beynəlxalq tranzit uçuşları üçün qismən yenidən açıldığını elan edib. Bu barədə İran Mülki Aviasiya İdarəsi məlumat verib.
İran Mülki Aviasiya İdarəsi "İran hava məkanının şərq hissəsindəki hava dəhlizlərinin beynəlxalq tranzit uçuşları üçün açıldığını" bildirib.
İran həmçinin paytaxt Tehranın iki əsas hava limanında - İmam Xomeyni Beynəlxalq Hava Limanında və Mehrabad Hava Limanında uçuşların bərpa olunduğunu elan edib.