İran Azərbaycana hücumu təkzib etdi: İsrail İranı günahkar göstərməyə çalışır

İran Azərbaycana hücumu təkzib etdi: İsrail İranı günahkar göstərməyə çalışır
Yayınlanma tarixi: 3/5/2026 4:40:11 PM

İran Silahlı Qüvvələrin Baş Qərargahı İrandan Azərbaycan Respublikası ərazisinə pilotsuz uçuş aparatının (PUA) buraxılması barədə xəbərləri təkzib etdi.

İslamazeri.com xəbər verir ki, "Təsnim" xəbər agentliyinin məlumatına görə, Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatında deyilir:

"İran İslam Respublikası bütün ölkələrin, xüsusilə də müsəlman və qonşu dövlətlərin suverenliyinə hörmətlə yanaşaraq, Silahlı Qüvvələr tərəfindən Azərbaycan Respublikasına tərəf pilotsuz uçuş aparatının buraxılması faktını təkzib edir.
Müsəlman ölkələri arasındakı münasibətləri müxtəlif yollarla pozmağa yönəlmiş bu növ addımlar saxta sionist rejimi tərəfindən əvvəllər də dəfələrlə atılmışdır. Aparılan araşdırmalara əsasən məlum olmuşdur ki, bu cür hərəkət həmin rejim tərəfindən İran İslam Respublikasını ittiham etmək məqsədilə həyata keçirilmişdir."

GÜNÜN MANŞETLERİ