İran ABŞ müzakirələrinin ikinci raundu

İran ABŞ müzakirələrinin ikinci raundu
Yayınlanma tarixi: 2/17/2026 1:29:23 PM

İran və ABŞ arasında ikinci dolayı danışıqlar raundu bu gün – çərşənbə axşamı – Omanın vasitəçiliyi ilə İsveçrədə keçiriləcək

İslamazeri.com xəbər verir ki,  bu gün 17 fevral tarixində günorta saatlarında İran və ABŞ arasında ikinci nüvə danışıqları raundu İsveçrənin Cenevrə şəhərində baş tutmalıdır.

Danışıqların bu mərhələsi əvvəlki raund kimi birbaşa deyil, dolayı formatda və Omanın xarici işlər naziri Bədr əl-Busaidinin vasitəçiliyi ilə Omanın Cenevrədəki səfirliyində keçirilir.

İran nümayəndə heyətinə ölkənin xarici işlər naziri Seyid Abbas Əraqçi rəhbərlik edir. Heyətin tərkibində siyasi müavin Məcid Təxt-Rəvançi, XİN sözçüsü İsmayıl Bəqayi, hüquqi və beynəlxalq məsələlər üzrə müavin Kazım Qəribabadi, iqtisadi diplomatiya üzrə müavin Həmid Qənbəri, eləcə də texniki, iqtisadi və hüquqi ekspertlər yer alırlar.

ABŞ tərəfdən isə nümayəndə heyətinə Stiv Vitkaf və Cared Kuşner rəhbərlik edir.

Qeyd edək ki, tərəflər arasında danışıqlar nüvə məsələləri ətrafında fikir ayrılıqlarının aradan qaldırılmasına yönəlib.

GÜNÜN MANŞETLERİ