İran: ABŞ-İsrail hücumunda zədələnmiş bütün infrastruktur bərpa edilib

İran: ABŞ-İsrail hücumunda zədələnmiş bütün infrastruktur bərpa edilib
Yayınlanma tarixi: 4/14/2026 3:50:43 PM

İran: ABŞ-İsrail hücumunda zədələnmiş bütün infrastruktur bərpa edilib.

İslamazeri.com xəbər verir ki, İranın Yol və Şəhərsalma Naziri Fərzanə Sadiq ABŞ və İsrail hücumlarında zədələnmiş bütün nəqliyyat xətlərinin sürətlə təmir olunduğunu və ölkədə heç bir bağlanmış yol və ya pozulmuş marşrut qalmadığını açıqladı.

İran dövlət televiziyasına danışan Sadiq hədəfə alınan nəqliyyat şəbəkələri ilə bağlı son vəziyyəti bölüşüb.

O, ölkə daxilində bütün yolların, dəmir yollarının, magistral yolların və şəhər yollarının nəqliyyatın hərəkəti üçün yenidən açıldığını bildirdi və zədələnmiş xətlərin qısa müddətdə təmir edildiyini vurğuladı.

GÜNÜN MANŞETLERİ