İran ABŞ-a xəbərdarlıq etdi: Xarici müdaxiləyə icazə verməyəcəyik!

İran ABŞ-a xəbərdarlıq etdi: Xarici müdaxiləyə icazə verməyəcəyik!
Yayınlanma tarixi: 1/2/2026 5:02:52 PM

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ prezidentinin İranla bağlı müdaxiləçi açıqlamalarına reaksiya verərək, iranlıların problemlərini öz aralarında dialoq yolu ilə həll edəcəklərini və heç bir xarici müdaxiləyə yol verməyəcəklərini vurğulayıb.

İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi X sosial media hesabında dərc etdiyi mesajda ABŞ prezidentinin İranla bağlı müdaxiləçi açıqlamalarına reaksiya verib.

Bəqayinin paylaşımında aşağıdakı ifadələr yer alırdı:

“Amerikalı siyasətçilərin 'İran xalqını xilas etmək' iddialarının uzun tarixçəsinə nəzər salmaq, ABŞ-ın İran xalqına qarşı nə qədər 'mərhəmətli' olduğunu anlamaq üçün kifayətdir; Doktor Məhəmməd Müsəddiqin seçilmiş hökumətinə qarşı 19 avqust 1953-cü il çevrilişinin təşkilindən tutmuş təxribatçıların maliyyələşdirilməsinə və silahlandırılmasına; 1988-ci ildə İran sərnişin təyyarəsinin vurulmasına və Fars körfəzi səmasında günahsız qadın və uşaqların öldürülməsinə; iranlılara qarşı aparılan 8 illik müharibədə Səddama göstərilən geniş dəstəyə; 2025-ci ilin iyun ayında iranlıların öldürülməsində və İran infrastrukturuna hücumlarda İsrail rejimi ilə əməkdaşlıq etməyə; həmçinin tarixin ən sərt sanksiyaları kimi təsvir edilən sanksiyalara qədər... Və bu gün iranlılara qarşı sözdə mərhəmət bəhanəsi ilə onlar İrana hücum etməklə hədələməklə beynəlxalq hüququn ən fundamental prinsipini açıq şəkildə pozurlar.

İranlılar problemlərini öz aralarında dialoq və qarşılıqlı əlaqə yolu ilə həll etmək üçün heç bir xarici müdaxiləyə icazə verməyəcəklər.”

GÜNÜN MANŞETLERİ