İmam Əlini (ə) tanımamaq

İmam Əlini (ə) tanımamaq
Yayınlanma tarixi: 30.01.2023 18:01:11

İslamazeri.com-un "Din" rubrikasından...

Əlini (ə) tanımayanlar, bu üç haldan xaric deyil:
1.Anası zinakardır və o, zinadan olub;
2. Anası heyz halında ona hamilə qalıb;
3. Münafiqdir.

Əllamə Hilli (r), iki hekayədə iddia edir ki, Peyğəmbər (s) də Əlini (ə) sevməməyi bu üç haldan biri kimi sayıb. O yazır ki, bu hədisin düzülüyü mənə sübut olub. Əllamə Hilli (r), "Kəşfül-yəqin" kitabında yazır: Əbu Dəlfun bir oğlu var  idi. O, dostları ilə birlikdə, Əli ələyhis-salamı sevib-sevməyənlərin əsil-nəzəbini araşdırdı. Onlardan biri Peyğəmbərdən (s) bir hədis nəql etdi: " Ey Əli! Səni təkcə mömin, pak insan sevər. Zinazadə və heyzdən olan sənin düşmənindir."
İbn Əbi Dəlf deyir:
-Atam haqqında nə deyirsiniz?! Nəzəriniz budur ki, onun yoldaşı ilə yaxınlıq olunmuş şəxsdir?!
Cavabında dedilər:
- "Xeyir!"
İbn Əbi Dəlf dedi:
- And olsun Allaha! Mənim Əliyə olan düşmənliyim və kinim bütün camaatdan çoxdur.
Onlar bu şəkildə söz deyib nəzərlərini deyərkən, birdən onun atası onların yanına daxil olub dedi: "And olsun Allaha ki, bu hədis doğrudur; oğlan, həm vələdizinadır həm də vələdi-heyz! Mən xəstələnmişdim və qardaşımın evində yataqda uzanmışdım. Xadimə, bir iş üçün evə daxil oldu. Məndə onunla yaxınlıq etməyə meyil yarandı. O, bundan çəkindi və dedi: " Mən heyz olmuşam." Lakin mən onunla yaxınlıq etdim və o, bu oğlana hamilə qaldı. Bu oğlan həm vələdi-zinadır və həm vələdi-heyz."
Sonra nəql edir: Bir gün dostlarımla birlikdə Bağdada getmişdim. Susamışdım. Susuzluğu aradan qaldırmaq üçün Bağdadın küçələrində su sorağında gəzirdim. Nəhayət bir su anbarına çatdım. Su növbəsində durdum. Bu zaman bir-birləri ilə oynayan iki kiçik uşaq diqqətimi cəlb etdi. Onlardan biri, digərinə deyirdi: İmam, Əli ibn Əbu Talibdir. Digəri deyirdi: Xeyir, Əbu Bəkrdir.
Dedim: Peyğəmbər buyurur: "Ey Əli! Təkcə səni sevənlər mömindir, düşmənlərin vələdi-heyzdir." Uşaqların anası su qabı ilə anbardan su çıxartdı. O, mənim sözümü eşitmişdi. Dedi:
-Ağa, səni and verirəm ki, dediyini bir də deyəsən!
 Dedim:-
"Peyğəmbərin hədisi idi, təkrara ehtiyac yoxdur." O, yenə israr etdi,  mən də, hədisi təkrar etməyə məcbur oldum. O qadın dedi: -
And olsun Allaha, bu hədis doğrudur! Bunların ikisi də, mənim oğlumdu. Bu, Əlini sevən oğlan, halalzadədir. Bu (digəri) isə Əlini sevmir, haramzadədir. Onun atası heyz halında mənimlə yaxınlıq edim və mən ona hamilə oldum.

Müxtəsər olaraq yazılanlardan belə nəticə çıxarmaq olur ki, Əlini sevməyən, həm zinadan, həm heyzdən həm də, münafiq olmuş olsun. Belə bir "məqam", yəqin ki, təkcə Əlinin (ə) və onun Əhli-beytinin (ə) ən böyük düşmənlərinə nəsib olub. Təəssüf ki, onlar, bəşərin "hidayət qatarı"nı dəmiryolundan çıxarıb azğınlıq və zəlilliyə sövq edib..

GÜNÜN MANŞETLERİ