İlahiyyatçı Mirhəmid Məmmədov Gürcüstanın yeni Şeyxini təbrik etdi

İlahiyyatçı Mirhəmid Məmmədov Gürcüstanın yeni Şeyxini təbrik etdi
Yayınlanma tarixi: 12/1/2023 11:02:19 PM

Mirhəmid Məmmədov bu gün Gürcüstanda keçirilən Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi vəzifəsinə seçkilərdə seçilən Hacı Faiq Nəbiyevi təbrik edib.

İslamazeri.com -un verdiyii xəbərə görə, ilahiyyatçı Mirhəmid Məmmədov bu gün Gürcüstanda keçirilən Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi vəzifəsinə seçkilərdə seçilən Hacı Faiq Nəbiyevi təbrik edib.

Bu barədə özünün sosial şəbəkə profilində paylaşım edib:

“Dəyərli dostum, qardaşım Hacı Faiq Nəbiyevi Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi seçilməsi münasibətilə ürəkdən təbrik edirəm, Hacıya bu məsuliyyətli vəzifədə uğurlar arzulayıram! İnanıram ki, Allahın iznilə, bu layiqli seçimlə Azərbaycan və Gürcüstan xalqları və xüsusilə iki ölkənin dindaşları arasında daha da səmimiyyət və həmrəylik öz əksini tapacaq”, – deyə ilahiyyatçı Mirhəmid Məmmədov bildirib.

GÜNÜN MANŞETLERİ

İsrail Livanda quru əməliyyatına başlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda quru əməliyyatına başlayıb

5/27/2026 10:33:01 AM
İran: ABŞ müvəqqəti atəşkəsi pozdu
REGİON / İRAN

İran: ABŞ müvəqqəti atəşkəsi pozdu

5/27/2026 10:08:11 AM
Qurban bayramının ƏMƏLLƏRİ
DİN

Qurban bayramının ƏMƏLLƏRİ

5/27/2026 10:00:58 AM