Hizbullahdan Fransanın "Charlie Hebdo" jurnalına reaksiya

Hizbullahdan Fransanın
Yayınlanma tarixi: 1/10/2023 12:50:41 PM

Mövzu ilə bağlı Livan Hizbullah Hərəkatının verdiyi açıqlamada Fransanın "Charlie Hebdo" jurnalının çirkin hərəkətinə sərt reaksiya verilib.

Livan Hizbullah Hərəkatı Fransanın “Charlie Hebdo” jurnalının İslam İnqilabının lideri Ayətullah Xameneini təhqir etməsini pisləyib.

İslamazeri.com xəbər verir ki, mövzu ilə bağlı Livan Hizbullah Hərəkatının verdiyi açıqlamada Fransanın "Charlie Hebdo" jurnalının çirkin hərəkətinə sərt reaksiya verilib.

Fransa jurnalının Ayətullah Xameneiyə qarşı təhqiramiz hərəkətini pisləyən bəyanatda bildirilib:

“Bütün azadlıqsevərlərin və dünyanın şərəfli insanlarının bu hərəkəti pisləməsini tələb edirik. 

Biz də Fransa hökumətindən bu əməli törədənlərin cəzalandırılmasını xahiş edirik. Çünki bu hərəkət bir millətin müqəddəsliyinə, namusuna hücumdur".

Qərbin ifadə azadlığı iddialarını tənqid edən Hizbullahın açıqlamasında bildirilib:

"Hamı bilir ki, onların arxasında ifadə azadlığı, mətbuat azadlığı terminləri gizlənir və biz gördük ki, qərblilər öz maraqlarına zidd olan fikirlərə sərt şəkildə müdaxilə edirlər".

Bəyanatda qeyd olunub ki, Ayətullah Xamenei dünyanın ən görkəmli İslam alimlərindən biri və dini şəxsiyyətidir.

"Ayətullah Xamenei təkcə bir ölkənin böyük rəhbəri deyil, həm də bir ümmətin və on milyonlarla müsəlman xalqın dini lideridir".

GÜNÜN MANŞETLERİ

Namazların ümumi təqibatı
DİN

Namazların ümumi təqibatı

3/16/2026 12:43:38 PM
Sumqayıtda top mərmisi aşkar edilib
ÖLKƏ / HADİSƏ

Sumqayıtda top mərmisi aşkar edilib

3/16/2026 12:20:30 PM
Qəbul imtahanlarının tarixi açıqlanıb
ÖLKƏ / TƏHSİL

Qəbul imtahanlarının tarixi açıqlanıb

3/16/2026 11:37:55 AM
Xəzər dənizində zəlzələ olub
ÖLKƏ / HADİSƏ

Xəzər dənizində zəlzələ olub

3/16/2026 11:34:38 AM
İran: Atəşkəs gündəmdə deyil
REGİON / İRAN

İran: Atəşkəs gündəmdə deyil

3/16/2026 11:29:44 AM