Hizbullah: İsrailin sonu yaxındır!

Hizbullah: İsrailin sonu yaxındır!
Yayınlanma tarixi: 30.01.2023 11:24:51

"Gələcək bu cəsur və mübariz xalqla azad edilmiş Fələstinindir".

Livan Hizbullah Hərəkatının baş katibinin müavini Şeyx Nəim Kasım fələstinlilərin şəhadət əməliyyatını təbrik edərək, işğalçı sionist rejimin süqut vaxtının yaxınlaşdığını vurğulayıb.

İslamazeri.com xəbər verir ki, Şeyx Nəim Qasım Twitter-dəki mesajında bu sözləri deyib:

Bu əməliyyat sionistlərin qətliam və işğalına cavabdır.

Gələcək bu cəsur və mübariz xalqla azad edilmiş Fələstinindir. İsrailin süqut vaxtı yaxınlaşır... Səhər yaxın deyilmi?"

Xatırladaq ki, cümə günü axşam 21 yaşlı fələstinli gənc sionist əsgərlərin Cenin düşərgəsinə hücumuna cavab olaraq müqavimət əməliyyatı həyata keçirib. Bu çərçivədə İbrani mediası işğal altındakı Qüdsdə 9 sionistin öldürüldüyü və ən azı 5 nəfərin yaralandığı silahlı qarşıdurma olduğunu açıqlayıb.

GÜNÜN MANŞETLERİ