Hizbullah Aralıq dənizində İsrail hərbi gəmisini məhv edib.
İslamazeri.com xəbər verir ki, Hizbullah gecə yarısı Livan sahillərindən 68 dəniz mili məsafədə yerləşən İsrail hərbi gəmisini qurudan dənizə kruiz raketi ilə hədəfə aldığını və vurduğunu açıqlayıb.
Hizbullahın hərbi mediası tərəfindən yayımlanan açıqlamada hücumun Livanı və xalqını müdafiə etmək üçün həyata keçirildiyi bildirilib.
Bəyanatda əməliyyatın İsrailin Livan kəndlərini və şəhərlərini davamlı bombalamasına, infrastrukturun dağıdılmasına və mülki əhalinin didərgin salınmasına cavab olduğu vurğulanıb.
Bəyanata görə, İslam Müqaviməti üzvləri 5 aprel 2026-cı il bazar günü saat 00:05-də Livan sahillərindən 68 dəniz mili məsafədə yerləşən İsrail hərbi gəmisini hədəfə alıblar.
Hizbullah bildirib ki, hərbi gəmi Livan ərazisinə hücumlar etməyə hazırlaşıb.
Bəyanatda əlavə edilib ki, hədəf saatlarla izlənildikdən və dəniz əsaslı kruiz raketi ilə hədəfə alındıqdan sonra dəqiq vurulub.