Heyvan cəmdəyinin satışa çıxarılmasının qarşısı alınıb

Heyvan cəmdəyinin satışa çıxarılmasının qarşısı alınıb
Yayınlanma tarixi: 5/15/2023 1:22:29 PM

Heyvan cəmdəyinin satışa çıxarılmasının qarşısı alınıb.

Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Gəncə şəhər ərazisində keçirilmiş reyd zamanı Allaverdiyev Keyti Məhəmmədəli oğluna məxsus “Chevorlet Niva” markalı 32-BH-549 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində baytarlıq-sanitariya ekspertizasından keçirilməyən, kəskin qoxuya malik 1 baş (93 kq) ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb.

Qurumdan "İslamazeri.com"a verilən xəbərə görə, ilkin araşdırmalar nəticəsində istehlaka yarasız ət məhsulunun satış məqsədilə Daşkəsən rayonundan gətirildiyi məlum olub.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM