Hakerlərdən MOSSAD-a zərbə: Saytlara giriş bloklandı...

Hakerlərdən MOSSAD-a zərbə: Saytlara giriş bloklandı...
Yayınlanma tarixi: 4/25/2023 2:46:36 PM

“Anonymous Sudan” qrupu sosial media hesabından verdiyi açıqlamada, İsrail qurumlarının internet saytlarına edilən kiberhücuma görə məsuliyyəti öz üzərinə götürüb.

“Anonymous Sudan” adlı haker qrupu İsrailə məxsus internet saytlarına hücum edib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Ərəb mediasının məlumatına görə, “Anonymous Sudan” adlı haker qrupunun İsrail rejiminə aid bir sıra internet saytlarına girişi blokladığı bildirilib.

Hesabatda bloklanan saytlardan birinin sionist İsrailin gizli casusluq xidməti MOSSAD-a aid olduğu qeyd edilib.

“Anonymous Sudan” qrupu sosial media hesabından verdiyi açıqlamada, İsrail qurumlarının internet saytlarına edilən kiberhücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Haker qrupu İsrailin sosial təminat agentliyinin internet saytının da hücuma məruz qaldığını bildirib.

Bu günlərdə sionist İsrailin poçt qurumunun və mühüm banklarının internet saytlarının kiberhücumlara məruz qaldığı açıqlanıb.

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM