Gürcüstan Din Məsələləri üzrə Dövlət Agentliyi ölkədəki şiə müsəlman icmasına ünvanlanmış rəsmi təbrik bəyanatı yayımlayıb.
İslamazeri.com xəbər verir ki, agentlik bu gün qeyd olunan üçüncü imam, Peyğəmbərimizin (s) nəvəsi İmam Hüseynin (ə) mövlud günü münasibətilə bütün şiə müsəlmanlarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar və rifah arzulayıb.
Xatırladaq ki, İslam tarixində mühüm şəxsiyyət olan İmam Hüseyn (ə) miladi 626-cı ildə Mədinədə anadan olub.
Gürcüstan Dövlət Agentliyi hər il olduğu kimi, bu il də ölkədəki dini müxtəlifliyə və tolerantlıq ənənələrinə hörmət əlaməti olaraq bu əlamətdar günü diqqətdə saxlayıb.