Günəşdə güclü alışma baş verib

Günəşdə güclü alışma baş verib
Yayınlanma tarixi: 1/10/2023 4:51:57 PM

Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Hazırda Günəşin görünən səthində mürəkkəb maqnit strukturuna malik 6 fəal törəmə – ləkə qrupu müşahidə olunur.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından "İslamazeri.com"a verilən məlumata görə, müşahidə edilən Günəş ləkələrindən 3184 nömrəli törəmə Günəş fəallığının 25-ci tsiklinin başlanğıcından indiyədək müşahidə olunan ikinci ən güclü alışmaya səbəb olub.

X1.98 sinfindən olan bu alışmanın maksimum gücü Bakı vaxtı ilə 9 yanvar saat 22.50-də qeydə alınıb. 3181 və 3182 nömrəli digər iki ləkə qrupu isə nisbətən zəif M sinfindən olan alışma yaratma potensialına malikdir.

Koronoqraf təsvirlərində tac kütlə atılmalarının müşahidə olunmamasına, fəal oblastlarda dissipasiya prosesinin getməsinə baxmayaraq, Yerdə maqnit qasırğası təhlükəsini proqnozlaşdırmaq hazırda çətindir. Bu istiqamətdə müvafiq ölçmələr davam etdirilir, fəal proseslərin geoeffektivliyi izlənilir.

GÜNÜN MANŞETLERİ

Namazların ümumi təqibatı
DİN

Namazların ümumi təqibatı

3/16/2026 12:43:38 PM
Sumqayıtda top mərmisi aşkar edilib
ÖLKƏ / HADİSƏ

Sumqayıtda top mərmisi aşkar edilib

3/16/2026 12:20:30 PM
Qəbul imtahanlarının tarixi açıqlanıb
ÖLKƏ / TƏHSİL

Qəbul imtahanlarının tarixi açıqlanıb

3/16/2026 11:37:55 AM
Xəzər dənizində zəlzələ olub
ÖLKƏ / HADİSƏ

Xəzər dənizində zəlzələ olub

3/16/2026 11:34:38 AM
İran: Atəşkəs gündəmdə deyil
REGİON / İRAN

İran: Atəşkəs gündəmdə deyil

3/16/2026 11:29:44 AM