Gələn il ABŞ Kiyevə dəstəyi dayandıra bilər - Andreas Klut

Gələn il ABŞ Kiyevə dəstəyi dayandıra bilər - Andreas Klut
Yayınlanma tarixi: 5/27/2023 11:38:49 AM

Ukrayna təxribatçıları dəstəkləməyə davam edərsə və ya sərhədlərindən kənarda döyüşməyə qərar verərsə, Qərbin yardımını itirmək riski ilə üzləşəcək.

İslamazeri.com "sputnik"ə istinadən xəbər verir ki, bu fikri "Bloomberg" agentliyinin şərhçisi Andreas Klut bildirib.
"Qərbdə ən böyük qorxu NATO-nun Rusiya ilə real münaqişəyə cəlb oluna biləcəyi və bunun III Dünya Müharibəsinə çevriləcəyi ilə bağlıdır", - deyə o, yazıb.
Klut qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri hücum taktikasına keçərsə, bir sıra Qərb ölkələri - bəlkə də ABŞ 2024-cü il seçkilərindən sonra Kiyevə dəstəyi dayandıra bilər. O, hesab edir ki, Ukrayna hakimiyyəti Rusiyaya hücum etməməli və təxribatçıları təşviq etməməlidir.
Xatırladaq ki, bazar ertəsi ukraynalı diversantlar Belqorod vilayətinin Qrayvoron rayonu ərazisinə daxil olublar. Diversiya və Kəşfiyyat Qrupununun hücumu nəticəsində 1 nəfər həlak olub, daha 13 mülki şəxs yaralanıb. Üç avtomobilə və 29 fərdi evə ziyan dəyib. 14 yaşayış məntəqəsi işıqsız qalıb.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov baş verənlərin dərin narahatlıq doğurduğunu bildirib.

GÜNÜN MANŞETLERİ

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir
DÜNYA / MARAQLI

CNN: Ayətullah Müctəba Xamenei ölkəni idarə edir

5/10/2026 1:32:41 PM
İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanın dinc əhalisini qətlə yetirməyə davam edir

5/10/2026 12:36:34 PM
İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail İrana qarşı əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb

5/10/2026 11:19:50 AM