FHN: Bakıda qumbara tapılıb

FHN: Bakıda qumbara tapılıb
Yayınlanma tarixi: 10/8/2022 5:54:56 PM

Bakı şəhərinin Sabunçu rayonu ərazisində hərbi sursat aşkarlanıb.

İslamazeri.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd döyüş tətbiqinə yararlı F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

GÜNÜN MANŞETLERİ

Pakistan: İran və ABŞ arasında danışıqlar
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Pakistan: İran və ABŞ arasında danışıqlar

4/11/2026 5:39:56 PM
Bazar gününün havası açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Bazar gününün havası açıqlanıb

4/11/2026 2:32:04 PM
Smotriç: İsrailin sərhədləri genişləndirilməlidir
DÜNYA / MARAQLI

Smotriç: İsrailin sərhədləri genişləndirilməlidir

4/11/2026 2:00:53 PM
Hizbullahdan hökumətə: Bizi məcbur etməyin ki...
DÜNYA / İSLAM DÜNYASI

Hizbullahdan hökumətə: Bizi məcbur etməyin ki...

4/11/2026 11:59:08 AM
Azərbaycan Ermənistana 887 ton dizel göndərir
ÖLKƏ / SİYASƏT

Azərbaycan Ermənistana 887 ton dizel göndərir

4/11/2026 11:40:53 AM